Fazil Mustafa və Naqif Həmzəyev yenidən deputat seçilmək istəyir - Açıqlama

 Fazil Mustafa və Naqif Həmzəyev yenidən deputat seçilmək istəyir -  Açıqlama
  08 İyul 2024    Oxunub:1797
Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev altıncı çağırış ölkə parlamentinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Seçkilər 1 sentyabr 2024-cü ildə keçiriləcək.
Seçkilərdə namizədliyini irəli sürənlərdən biri də VI çağırış parlamentinin deputatı olmuş Fazil Mustafadır.

O, AzVision.az -a bildirib ki, builki seçkilərdə siyasi partiya olaraq iştirak edəcək:

“Partiya üzvlərimizlə yanaşı, mənim də namizədliyim irəli sürüləcək. Biz çalışacağıq ki, partiya kimi bu seçkidə müəyyən uğur qazana bilək. Seçki kampaniyasında mənim seçicilərlə səmimi dialoqum olacaq. Orada bütün məsələlərə fərqli baxışla doğru optimal
YAP namizədlərini nə vaxt açıqlayacaq?
yolun nə olduğunu ifadə etməyə çalışacağıq”.

Milli Məclisin deputatı olmuş Naqif Həmzəyev isə bildirib ki, əgər Prezident İlham Əliyev tərəfindən etimad göstərilərsə, seçkilərə aktiv şəkildə qatılacaq:

"İlk növbədə Yeni Azərbaycan Partiyasının proqramının həyata keçirilməsi və cənab Prezidentin müəyyənləşdirdiyi xarici və daxili siyasətin tanıdılması, təbliğ edilməsi, yerlərdə daha yaxşı icrasının həyata keçirilməsi ilə bağlı fəaliyyətini aktiv şəkildə quracağam.

Seçicilərimizin, vətəndaşların ünvanladığı müraciətləri aidiyyəti orqanlara çatdırmaq, ali tribunadan səsləndirmək və bütün bunlarla yanaşı, özümün də müşahidə etdiyim bir çox məsələlərin həllinə çalışacağam. İnanıram ki, bu dəfəki parlament seçkilərində də Yeni Azərbaycan Partiyası qələbə qazanacaq. Yeni Azərbaycan Partiyasının bütün namizədlərinə seçkilərdə uğurlar arzulayıram. Yeni dövrdə yeni parlamentin daha faydalı, daha məhsuldar, daha uğurlu fəaliyyət göstərəcəyinə inanıram”.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   Parlament   seçki   YAP  





Xəbər lenti