Bakıda məşhur restoranda siçovullar gəzir - Video

   Bakıda məşhur restoranda siçovullar gəzir -    Video
  08 İyul 2024    Oxunub:1544
Bakının mərkəzi küçələrinin birində yerləşən restoranının mətbəxində siçovul görüntülənib.
AzVision.az Oxu.Az-a istinadən xəbər verir ki, görüntülər restoran əməkdaşları tərəfindən lentə alınıb.

Onlar gülərək siçovulun mətbəxə haradan girməsi ilə bağlı bir-birilərinə suallar veriblər.

Qeyd edək ki, həmin restoranın “Biblioteka” olduğu iddia edilir.

Sözügedən görüntüləri təqdim edirik :
***
Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) AzVision.az -a bildirilib ki, məsələ nəzarətə götürülüb.

"Məlumat sosial şəbəkələrdən götürülərək araşdırmalara başlanılıb. Araşdırmanın nəticəsi ilə bağlı ətraflı məlumat veriləcək”.



Şahanə Rəhimli
AzVision.az



Teqlər:





Xəbər lenti