Naxçıvan şəhərində “Gimnastika hamı üçün” açıq məşğələlərinə start verilib

Naxçıvan şəhərində “Gimnastika hamı üçün” açıq məşğələlərinə start verilib
  08 İyul 2024    Oxunub:1160

Ötən həftənin şənbə günündən etibarən əhalinin sağlam həyat tərzinə cəlbi məqsədilə Naxçıvan şəhərində “Gimnastika hamı üçün” növü üzrə açıq məşğələlərə start verilib. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin "İdman hamı üçün" layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin Naxçıvan Şəhər İcra Hakimiyyəti ilə birgə təşkilatçılığı əsasında ilk məşğələ Sahil Parkında gerçəkləşib.
AzVision.az xəbər verir ki, parkda idman ustası, bədii gimnastika və “Gimnastika hamı üçün” muxtar respublika yığma komandasının baş məşqçisi Humay Qafarova tərəfindən azyaşlı gimnastlara ustad dərsi keçilib, məşq prosesi icra olunub. Məşğələni valideynlər və şəhər sakinləri də izləyiblər.

Məşğələlərin hava şəraitindən asılı olaraq, hər həftənin şənbə günləri növbəli qrafiklə Sahil Parkı və Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkında təşkili nəzərdə tutulub. Hər dəfə saat 19:00-da başlayacaq prosesə hər kəs qoşula bilər.

AzVision.az



Teqlər:





Xəbər lenti