Bakının bəzi rayonlarında qaz olmayacaq

 Bakının bəzi rayonlarında qaz olmayacaq
  09 İyul 2024    Oxunub:882
Bu gün Bakının 5 rayonunun qaz təchizatında fasilə yaranacaq.
Bu barədəAzVision.az- a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Yasamal, Binəqədi, Səbail, Xətai və Xəzər rayonlarındakı qaz xətləri üzərində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar iyulun 9-da saat 10:00-dan etibarən qaz təchizatı dayandırılması planlaşdırılır.

Qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun (Parlament prospekti, M.Müşviq, N.Nərimanov, Ə,Ələkbərov, A.Sultanova, İ.Qutqaşınlı, H.Cavid, A.Ağayev, S.Dağlı, G.Əsgərov, M.Rahim, Ə.Xanbabayev, K.Kazımzadə küçələri), Binəqədi rayonunun (N.Nərimanov, S.S.Axundov, Ş.Məmmədova, Ə.Rəcəbli, 3126-cı məhəllə, "Union Park" yaşayış kompleksi), Səbail rayonunun (Badamdar qəsəbəsi, 60-cı küçə və İçəri şəhər), Xətai rayonunun (M.Hadi, X.Məmmədov, R.Məmmədov küçələri və Əhmədli kəndi) və Xəzər rayonunun (Türkan Üzümçülük və Bağlar yaşayış massivləri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti