Bakıda şadlıq evində oğurluq

Bakıda şadlıq evində oğurluq
  08 İyul 2014    Oxunub:5699
Şadlıq saraylarından birinin seyfindən 6000 manat oğurlamış Hikmət Atamoğlanov və Elnur İsmayılov tutulub
AzVision.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 6-na keçən gecə Binəqədi rayonu ərazisində yerləşən “Banu-Çiçək” şadlıq sarayında, oranın inzibatçısı Nurlan Məmmədovun otağındakı seyfin qıfılını sındırmaqla 6000 manat oğurlanıb.

Binəqədi RPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Sabirabad rayon sakini Hikmət Atamoğlanov və Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur İsmayılov tutulub.


Teqlər:





Xəbər lenti