BDU-da Süni intellekt etikası kafedrası yaradılır
Son illər Beynəlxalq Türk Akademiyası türkdilli ölkələrdə vahid elmi məkanın formalaşması istiqamətində işlər aparır, bu ölkələrin elmi qurumları və mühitinin bir-biri ilə sıx inteqrasiyasında mühüm rol oynayır.
Elmi Şuranın qərarına əsasən, Beynəlxalq Türk Akademiyası ilə birgə süni intellekt etikası sahəsində tədqiqatların genişləndirilməsi, yeni texnologiyaların yaratdığı çətinliklərlə ayaqlaşa bilən təhsil və tədqiqat proqramlarının hazırlanması, bu sahə üzrə aparılan elmi-tədqiqat işlərinin dəstəklənməsi, təlim və akademik mübadilə proqramlarının tətbiq olunması üçün BDU-da Süni intellekt etikası kafedrası yaradılacaq.
Kafedra süni intellektin dərin yan təsirləri ilə mübarizə aparılması, süni intellekt sistemlərinin məqsədyönlü inkişafı və tətbiqinə dair tədqiqatlar aparacaq.
Şahanə Rəhimli
AzVision.az
Teqlər: