Xocalı sakinlərinə səyyar ASAN xidmət göstərilir
Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən xüsusi səyyar qruplar formalaşdırılıb.
Səyyar ASAN xidmət çərçivəsində Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki Gilavar sanatoriyasında və Ramana qəsəbəsindəki Şuşa şəhərciyində yaşayan müvafiq kəndlərin 150-dən çox sakininə xidmətin göstərilməsi nəzərdə tutulur.
Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.
AzVision.az
Teqlər: