İranın yeni prezidenti iyulun 30-da and içəcək

   İranın yeni prezidenti iyulun 30-da and içəcək
  10 İyul 2024    Oxunub:1273
İranın 9-cu prezidenti Məsud Pezeşkian iyulun 30-da parlamentdə keçiriləcək mərasimdə and içəcək.
AzVision.az “Tasnim”
Pezeşkian İranın 9-cu prezidenti seçilib
agentliyinə istinadən xəbər verir ki, andiçmə mərasimində İran Ali Məhkəməsinin sədri, Konstitusiya Şurasının üzvləri, Məhkəmə Sisteminin rəhbəri, digər yüksək səviyyəli siyasi və hərbi rəsmilər iştirak edəcək.

Yeni prezident andiçmə mərasimindən sonra iki həftə ərzində proqramını və hökumətin tərkibini təqdim etməlidir.

Qeyd edək ki, İslam Respublikasının prezidenti İbrahim Rəisinin qəzada həyatını itirməsi nəticəsində İranda növbədənkənar prezident seçkiləri keçirildi. Keçmiş səhiyyə naziri Məsud Pezeşkian 16,384 milyon səs toplayaraq prezident seçilib.

Həmidə İbrahimova
AzVision.az


Teqlər:   İran   MəsudPezeşkian  





Xəbər lenti