Rəhman Hacıyev: Məqsədimiz Qarabağdakı bərpa və quruculuq işlərini təbliğ etməkdir

Rəhman Hacıyev: Məqsədimiz Qarabağdakı bərpa və quruculuq işlərini təbliğ etməkdir
  10 İyul 2024    Oxunub:844
Bu gün biz artıq 3-cü dəfədir ki, Qarabağın dirçəlişi üçün xeyriyyə kampaniyasını keçiririk. Bizim əsas məqsədimiz Qarabağda bərpa və quruculuq işini təbliğ etmək, bu missiya ətrafında cəmiyyətimizi birləşdirmək və əlbəttə ki, ianə mədəniyyətini daha da inkişaf etdirməkdir.
AzVision.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib.

“Qeyd edim ki, bilet satışından əldə olunan bütün vəsaitlər fondun hesabına ianə ediləcək, bir qismi isə bu tədbirin təşkilati işlərinə sərf olunacaq. Sevindirici haldır ki, satış üçün ayrılan bütün yerlər 5-10 gün ərzində bizə sponsorluq edən, bu işdə maraqlı tərəfdaşlarımız tərəfindən alınıb”, - deyə o əlavə edib.

AzVision.az



Teqlər:





Xəbər lenti