Gürcüstanın NATO-ya üzvlük istəyi bəyannamədən çıxarılıb

Gürcüstanın NATO-ya üzvlük istəyi bəyannamədən çıxarılıb
  11 İyul 2024    Oxunub:992
Gürcüstanla NATO ölkələri arasında gərginlik artmaqdadır.
NATO-nun Vaşinqton sammitində qəbul edilmiş bəyannaməyə reaksiya verən Hudson İnstitutunun baş elmi işçisi Lyuk Coffi deyib ki, Gürcüstanın NATO-ya üzvlük istəklərinə dair istənilən xatırlatma və ya qeyd alyansın məlum bəyannaməsindən çıxarılıb.

“Gürcüstanın NATO-ya üzv olmaq istəyi ilə bağlı hər hansı qeyd alyansın bəyannaməsindən çıxarılıb. 2008-ci ildə Buxarestdə başlayan və indiyə kimi bu istiqamətdə görülmüş bütün ağır işlər və tədbirlər “Rusiya qanunu” sayəsində boşa çıxdı. Bu, “Gürcü Arzusu”nun Gürcüstanın Avro-Atlantik yolunu dalana dirəməsinin aydın, faciəli və danılmaz sübutudur”, – Lyuk Coffi X-də yazıb.

Məlumat üçün qeyd edək ki, Şimali Atlantika Şurasının iclasında iştirak edən dövlət və hökumət başçıları Rusiyanı Moldova və Gürcüstandan qoşunlarını çıxarmağa çağırıblar.

Xatırladaq ki, iyulun 9-11-də Vaşinqtonda NATO-ya üzv ölkələrin toplantısı keçirilib. “Ukrayna və Transatlantik Təhlükəsizlik” mövzusunda üç gün davam edən tədbir alyansın 75 illiyinə həsr olunub. Zirvə toplantısında bloka üzv olan 32 ölkənin, o cümlədən bir müddət əvvəl alyansa qoşulmuş İsveç və Finlandiyanın liderləri iştirak ediblər.


Tural Tağıyev

AzVision.az



Teqlər: NATO  





Xəbər lenti