Bayden Kiyevin Moskvanı vurmağını mənasız sayır

Bayden Kiyevin Moskvanı vurmağını mənasız sayır
  12 İyul 2024    Oxunub:1466
ABŞ prezidenti Cozef Bayden Ukrayna hakimiyyətini üzən açıqlamalar verib.
AzVision.az xəbər verir ki, o, NATO-nun Vaşinqtonda keçirilən sammitindən sonra keçirilən mətbuat konfransında Kiyevin gözlədiyi yeni "silah icazələrindən" danışıb.

Zelenski də ümidsizdir: Tramp seçilərsə...
Amerika lideri deyib ki, Ukrayna ordusuna Moskvaya və ya Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Amerika silahlarından istifadə etməyə icazə verməyin mənası yoxdur.

“Biz Zelenskiyə Amerika silahlarından Rusiya sərhədinə yaxın yaxın ərazilərdə istifadə etməyə icazə verdik. Məsələn, Zelenskinin Moskvaya, Kremlə zərbə vurmaq imkanı olsaydı, bunun mənası olardımı? Olmazdı”, - o deyib.

Xatırladaq ki, Cozef Bayden may ayının sonunda Ukraynaya Qərb silahları ilə Rusiyaya zərbələr endirməyə icazə verildiyini açıqlamışdı. Ancaq zərbələr ancaq Xarkov bölgəsi istiqamətində endirilməli idi. O, eyni zamanda, etiraf etmişdi ki, bu qərar münaqişənin gərginləşməsinə səbəb ola bilər. Rusiya prezidenti Vladimir Putin isə məlum qərara cavab addımları olacağını bəyan etdi.
Tural Tağıyev
AzVision.az



Teqlər:   Bayden   Kiyev  





Xəbər lenti