Politico: Ukrayna münaqişəsi ilin sonuna kimi çıxılmaz vəziyyətdə qalacaq

Politico:    Ukrayna münaqişəsi ilin sonuna kimi çıxılmaz vəziyyətdə qalacaq
  12 İyul 2024    Oxunub:940
"NATO-da belə hesab edirlər ki, Ukrayna müharibəsi 2024-cü ilin sonuna qədər çıxılmaz vəziyyətdə qalacaq. Qərb isə Kiyevi dəstəkləməyə davam edəcək".
Bu barədə “Politico” qəzeti Şimali Atlantika Alyansı ölkələrindən birinin adı açıqlanmayan diplomatına istinadən yazıb.

NATO deyil, Ukrayna özü özünü müdafiə etməlidir - ABŞ
"Bu aşkar görünür. Biz müharibənin bu ilin sonuna qədər dalana dirənəcəyini gözləyirik", - diplomat qeyd edib.
Nəşr yazıb ki, hazırda Ukrayna Silahlı Qüvvələri bir neçə aydır cəbhə xəttində yaranmış gərginliyi sabitləşdirməyə nail olub.

Diplomat onu da vurğulayıb ki, Ukrayna gələcəkdə də Qərbdən özünü müdafiə etmək üçün nəzərdə tutulan hərbi təchizat və silahları almağa davam edəcək.

Tural Tağıyev
AzVision.az



Teqlər:   NATO   Ukrayna  





Xəbər lenti