Britaniya Kiyevin Rusiyaya "Storm Shadow" atmasına icazə vermədi - The Telegraph

      Britaniya Kiyevin Rusiyaya "Storm Shadow" atmasına icazə vermədi    - The Telegraph
  12 İyul 2024    Oxunub:1261
Böyük Britaniya Ukraynaya "Storm Shadow" qanadlı raketləri ilə Rusiya ərazisini vurmağa icazə vermədiyini açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə “The Telegraph” ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Bayden Kiyevin Moskvanı vurmağını mənasız sayır
Qeyd edilir ki, baş nazir Kir Starmerin məlum silahların istifadəsinə qoyulan məhdudiyyətləri yumşaltdığını deməsinə baxmayaraq Böyük Britaniya hökumətinin uzaqmənzilli raketlərin yerləşdirilməsi ilə bağlı siyasəti dəyişilməz olaraq qalır.

"Britaniya hökuməti ötən il Kiyevə raketləri çatdırdıqdan sonra ukraynalılara Krım və digər hədəfləri vurmağa icazə verib. Lakin London Kiyevə Rusiya daxilindəki hədəflərin sıradan çıxarılması üçün onlardan istifadə etməyi qadağan edib. Rəsmilər belə bir addımın müharibəni daha da qızışdıracağı və Britaniyanı Rusiya ilə münaqişəyə sürükləyəcəyindən narahatdırlar", - nəşr yazıb.
Saytın mənbələrinin sözlərinə görə, Ukrayna Rusiya ərazisinə qanadlı raketlər buraxmaq istəsə, hücumdan əvvəl Zelenski “başqa yerdə özü üçün zəmanət axtarmalı” olacaq.
O da vurğulanıb ki, Rusiyaya strateji raket atmaq icazəsi təkcə Böyük Britaniyanın razılığı ilə deyil, üç ölkənin "hə"sindən sonra verilir.

Xatırladaq ki, Ukrayna prezidenti Volodimir Zelenski iyulun 10-da ona Rusiya ərazisində strateji qanadlı raketlərdən istifadəyə icazə verildiyini açıqlamışdı.

ABŞ prezidenti Cozef Bayden də Ukrayna hakimiyyətini üzən açıqlamalar verib. O, NATO-nun Vaşinqton sammitindən sonra mətbuat konfransında Kiyevin Moskvaya və ya Rusiyanın dərinliklərinə zərbələr endirmək üçün Amerika silahlarından istifadə etməyə icazə verməyin mənasız olduğunu deyib.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Kiyev   Raket   Britaniya   Rusiya  





Xəbər lenti