Orban Trampla görüşüb - FOTO/VİDEO

   Orban Trampla görüşüb -    FOTO/VİDEO
  12 İyul 2024    Oxunub:1209
Macarıstanın Baş naziri Viktor Orban ABŞ-nin sabiq prezidenti, yenidən prezidentliyə namizəd Donald Trampla görüşüb.
AzVision.az xəbər verir ki, bu barədə Orban "X"də məlumat yayıb.

Görüş Trampın Florida ştatındakı Mar-a-Laqo iqamətgahında baş tutub.
Zelenski də ümidsizdir: Tramp seçilərsə...

"(Rusiya-Ukrayna müharibəsi fonunda - red.) sülh missiyamızla bağlı işlərə davam edirik. Donald Tramp prezidentliyi dövründə sülh adamı olduğunu təsdiqlədi. Yenə də təsdiqləyəcək!", - Orban yazıb.


Firudin Həmidli
AzVision.az


Teqlər:   ABŞ   Macarıstan   Tramp  





Xəbər lenti