Daha 5 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

   Daha 5 partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı
  12 İyul 2024    Oxunub:980
Mərkəzi Seçki Komissiyası daha 5 partiyanın 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak edəcək səlahiyyətli nümayəndələrini qeydə alıb.
AzVision.az xəbər verir ki, bu barədə məsələ MSK-nın bu gün keçirilən iclasında müzakirə edilib.

Belə ki, Azad Vətən Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Yeni Zaman Partiyası, Haqq, Ədalət Partiyası və Ağ Partiyanın səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə əlaqədar qərar verilib.

AzVision.az


Teqlər:





Xəbər lenti