"Meta" Trampın hesablarına qoyulan məhdudiyyətləri ləğv edib

   "Meta" Trampın hesablarına qoyulan məhdudiyyətləri ləğv edib
  13 İyul 2024    Oxunub:1337
"Meta" şirkəti ABŞ-də prezident seçkilərinin yaxınlaşdığını və "namizədlərin öz seçiciləri ilə əlaqə yaratmaq zərurətini" əsas tutaraq, Donald Trampın "Facebook" və "Instagram" hesablarına qoyulmuş məhdudiyyətləri aradan qaldırıb.
AzVision.az xəbər verir ki, bu barədə şirkətin saytında məlumat yayımlanıb.

Məlumatda vurğulanır ki, bu addım məhz "siyasi ifadə azadlığına imkan vermək məqsədi daşıyır".

"ABŞ prezidentliyinə namizədlər hər bir "Facebook" və "Instagram" istifadəçisi ilə eyni icma standartlarına, nifrət nitqinin və zorakılığa təhrikin qarşısını almaq üçün nəzərdə tutulmuş qaydalara tabedirlər", - şirkət bildirir.

Prezident Co Baydenin seçki kampaniyasının nümayəndələri "Meta"nın qərarını qınayaraq, belə bir addımı təhlükəsizliyə və demokratiyaya birbaşa hücum kimi qiymətləndiriblər.

"Donald Trampı "Facebook"a qaytarmaq avtomobilinizi uçurumdan aşağı sürəcək birinə tapşırmağa bənzəyir", - kampaniyanın sözçüsü Çarlz Kreçmer Lutvak "X"də yazıb.

Xatırladaq ki, 6 yanvar 2021-ci ildə Tramp tərəfdarlarının seçki nəticələrinə etiraz məqsədilə Konqres binasına hücumu ilə bağlı "Meta" və digər sosial media şirkətləri ("X", "Snapchat", "YouTube") də sabiq prezidentin hesablarını məhdudlaşdırmışdı.

Donald Trampın "Facebook"da son paylaşımı:

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   Tramp   sosial-şəbəkə  





Xəbər lenti