Fərid Qayıbov Avropa Gimnastikasının tədbirində çıxış edib

Fərid Qayıbov Avropa Gimnastikasının tədbirində çıxış edib
  13 İyul 2024    Oxunub:982
Norveçin Bude şəhərində 11 ölkədən “Gimnastika hamı üçün” növünün təmsilçisi olan 1250 gimnast həyat naminə 4-cü Avropa Gimnastikası “Challenge”i tədbirində bir araya gəlib.
AzVision.az Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirin açılış mərasimində Avropa Gimnastikasının prezidenti, Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov çıxış edib.

Tədbirin əsas məqsədi gimnastikanın birləşdirici gücünü nümayiş etdirmək, eləcə də yaşından və fiziki hazırlıq səviyyəsindən asılı olmayaraq hər kəsin bu idman növündə özünü sınaya biləcəyini göstərməkdir.

“Challenge”də iştirak edən bütün komandalar medal və diplomlarla təltif edilir. Turnirdə milli komandanın üzvləri də çıxış ediblər. Tədbir çərçivəsində F.Qayıbov Azərbaycan idmançıları ilə görüşüb və onlara uğurlar arzulayıb.

Azərbaycan gimnastları “Challenge”in ardınca, iyulun 14-18-də baş tutacaq “EUROGYM 2024” tədbirində də iştirak edəcəklər.

AzVision.az



Teqlər:





Xəbər lenti