"Qarabağ"ın qapıçısı zədələndi, 8 ay oynamayacaq

"Qarabağ"ın qapıçısı zədələndi,    8 ay oynamayacaq
  14 İyul 2024    Oxunub:1017
"Qarabağ"ın qapıçısı Amin Ramazanov zədələnib.
AzVision.az klubun saytına istinadən xəbər verir ki, o, məşq prosesində xəsarət alıb. Qolkiperin müayinəsi zamanı sağ dizinin ön çarpaz bağlarının tam qopması aşkarlanıb. Amin yaxın müddətdə əməliyyat olunacaq. Onun 8 aydan sonra yaşıl meydanlara dönəcəyi gözlənilir.

Qeyd edək ki, Avstriyada təlim-məşq toplanışında olan komandanın hazırlıq prosesi iyulun 17-dək davam edəcək.

AzVision.az


Teqlər:





Xəbər lenti