Əvvəl arvadını, sonra özünü öldürdü

Əvvəl arvadını, sonra özünü öldürdü
  09 İyul 2014    Oxunub:973
Şəmkirdə dəhşətli qətl və ardından intihar hadisəsi yaşanıb.
Bu gün saat 16:00 radələrində Şəmkirin Aşağı Seyfəli kəndində kənd sakini 33 yaşlı Seyfəddin Qarayev ailə münaqişəsi zəminində həyat yoldaşı 28 yaşlı Bəsti Zeynalovanı odlu silahla güllələyib. Daha sonra S.Qarayev həmin silahla özünə atəş açıb.

B.Zeynalova aldığı güllə yarasından sonra hadisə yerində dünyasını dəyişib. Həyat yoldaşı S.Qarayev yaxınlarının köməkliyi ilə dərhal Şəmkir rayon mərkəzi xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Baş vermiş hadisə ilə bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.(Ans)


Teqlər:





Xəbər lenti