İspaniya qalib gəldi

 İspaniya qalib gəldi
  15 İyul 2024    Oxunub:1480
Bu gün Avro-2024-ün qalibi müəyyənləşib.
AzVision.az xəbər verir ki, finalda İspaniya və İngiltərə milliləri üz-üzə gəlib.Görüşdə hesabı İspaniya açsa da, İngiltərə daha sonra hesabı bərabərləşdirib. İspaniya 87-ci dəqiqədə vurduğu qolla 2:1 hesabı ilə qalib gəlib.

Beləliklə, Luis de la Fuentenin baş məşqçisi olduğu komanda tarixində 4-cü dəfə Avropa çempionu olub.

Qeyd edək ki, İspaniya millisi Avro-2024-də oynadığı 7 matçın hamısında da qələbə qazanıb.

14 iyul

23:00. İspaniya - İngiltərə - 2:1


Qollar: Niko Uilyams, 47 (1:0), Koul Palmer, 73 (1:1), Mikel Oyarzabal, 87 (2:1)
Baş hakim: Fransua Leteksye (Fransa)
Berlin, Olimpiya stadionu
AzVision.az


Teqlər:





Xəbər lenti