Rusiya cəbhəyə zəif təchizatlı bölmələr göndərir - "ISW"

   Rusiya cəbhəyə zəif təchizatlı bölmələr göndərir    - "ISW"
  15 İyul 2024    Oxunub:1626
Rusiya hərbi komandanlığı Ukraynanın şərqində davam edən hücumları dəstəkləmək üçün cəbhəyə operativ ehtiyatdan təchizat və kadr çatışmazlığı olan bölmələri göndərir.
Bu fikirlər Amerikanın Müharibə Araşdırmaları İnstitunun(ISW) yeni hesabatındandır.

Rusiya niyə ehtiyat qüvvələri döyüşə atır? - İSW səbəb və detalları açıqladı
"Ola bilsin ki, Rusiya hərbi komandanlığı müdafiə sənayesi bazası məhdud olduğundan və hücumlara ara verməmək üçün ehtiyat qüvvələr kimi nəzərdə tutulmuş az təchizatlı bölmələri döyüşə cəlb edir", - ekspertlər yazıblar.

Analitiklər ukraynalı hərbi araşdırmaçı Konstantin Maşovetsin bəyanatını da xatırladıblar. Qeyd edilib ki, Rusiyanın Mərkəzi Qüvvələr Qrupunun operativ ehtiyat kimi 27-ci motoatıcı diviziyasının yaradılması planlaşdırılır. Məlum ehtiyat qüvvələr hazırda Avdeevski və Toretski istiqamətlərində fəaliyyət göstərirlər.
Ekspertin fikrincə, burada xidmət aparan təchizatı zəif olan əsgərlər də gələcəkdə Avdeyevski istiqamətinə, eləcə də Toretski ərazisindən mümkün hücumlar zamanı döyüş meydanına göndərilə bilərlər.

Xatırladaq ki, 10 gün əvvəl Müharibə Araşdırmaları İnstitutu Ukrayna üçün də oxşar hesabat dərc etmişdi. Qeyd edilirdi ki, Ukrayna səfərbərlik fonunda bir neçə yeni briqada yaradır. Lakin Kiyev tərəfdaşlardan gələn yardımların gecikməsi səbəbindən bu briqadaları lazımi səviyyədə silahlandıra bilməyəcək.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunlarınl Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Rus qoşunları Xarkov istiqamətində daha çox hücumlar edir, əsas hədəfin bu bölgənin olduğunu nümayiş etdirirlər.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ukrayna   Rusiya  





Xəbər lenti