İsraildə Qərbi Nil virusuna yoluxanların sayı 440-a çatıb

   İsraildə Qərbi Nil virusuna yoluxanların sayı 440-a çatıb
  15 İyul 2024    Oxunub:966
İsraildə ümumilikdə 440 xəstəyə Qərbi Nil qızdırması diaqnozu qoyulub. Onlardan 32-si xəstəlik nəticəsində həyatını itirib.
AzVision.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Virus əsasən İsrailin mərkəzi şəhərlərində yayılmaqdadır.
İsraildə Qərbi Nil virusuna yoluxanların sayı artır

Qərbi Nil virusu insana əsasən ağcaqanadlar vasitəsilə yoluxur. Əksər hallarda hər hansı əlaməti üzə çıxmasa da, xəstəlik dövründə qızdırma, baş ağrısı, qusma, ishal və əzələ ağrıları mümkündür. Eyni zamanda, xəstəliyin insandan-insana keçmədiyi, ağcaqanadlarla bu, ya digər təmas nəticəsində əmələ gəldiyi bildirilir.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   virus   xəstəlik  





Xəbər lenti