İsrail Livana zərbə endirib

   İsrail Livana zərbə endirib
  15 İyul 2024    Oxunub:1123
İsrail Hərbi Hava Qüvvələri Livanın cənubundakı Mərvəhin şəhərinə aviazərbə endirib.
AzVision.az xəbər verir ki, bu barədə Livanın "Al Mayadeen" telekanalı məlumat yayıb.

Dağıntı və itki ilə bağlı təfərrüat açıqlanmayıb. İsrail Müdafiə Nazirliyi faktla bağlı şərh verməyib.
Brik: "Regional müharibənin astanasındayıq"

Xatırladaq ki, ötən il oktyabrın 7-də başlayan İsrail-HƏMAS müharibəsi ilə paralel şəkildə Livanla sərhəddə İsrail və iranyönümlü "Hizbullah" terror təşkilatı arasında da toqquşmalar meydana gəlir. İstər yerli, istərsə də qərb nümayəndələri Yaxın Şərqdə ikinci müharibə cəbhəsinin açılması riski ilə bağlı son vaxtlar narahatlıqlarını dilə gətirirlər.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Livan   Hizbullah   hücum  





Xəbər lenti