“InnoCamp - ASAN könüllülərinin innovasiya düşərgəsi” həyata keçirilib

“InnoCamp - ASAN könüllülərinin innovasiya düşərgəsi” həyata keçirilib
  15 İyul 2024    Oxunub:991
İyulun 11-dən 13-dək “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və “Qala Sığorta” ASC-nin dəstəyi ilə “InnoCamp - ASAN könüllülərinin innovasiya düşərgəsi” həyata keçirilib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin yaradılmasının 12-ci ildönümünə həsr olunub.
Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, 2024-cü ilin “Gənclər Paytaxtı” olan Lənkəran şəhərində reallaşan tədbir 55 innovasiyayönümlü gənci əhatə edib.

Əsas məqsəd yaradıcılığı və innovasiyanı təşviq etmək, rəqəmsal dövrün peşələrinə marağı olan gənclərin müvafiq istiqamətlər üzrə məlumatlılıq səviyyəsini yüksəltməkdir. Həmçinin gənclər arasında bu sahənin düzgün şəkildə təbliği, savadlı mütəxəssislərin yetişməsi əsas hədəflərdir.

İlk gün iştirakçılar “İdeya generasiyası” və “Süni intellekt texnologiyaları və alətləri” mövzularında təlimlərdə, ardınca isə çay plantasiyasına ekskursiyada iştirak ediblər.

Növbəti gün eko çanta ustad dərsi, dizayn düşüncə metodologiyası və təqdimat bacarıqları mövzularında təlimlər, həmçinin innovasiyayönümlü intellektual yarış təşkil olunub.

Layihənin son günündə iştirakçılar süni intellekt və robototexnika mövzularında hazırladıqları innovativ həlləri münsiflər heyətinə təqdim ediblər. İştirakçılar sertifikat və digər hədiyyələr ilə təltif ediblər.

Onu da qyed edək ki, layihənin dəstəkçiləri ASAN İnnovativ İnkişaf Mərkəzi, Khazar Palace Hotel & Restaurant, “FULL” sərinləşdirici içki, ”Özünü Yarat Ebru sənət mərkəzi” MMC, “Qanun” nəşriyyatı, media dəstəkçiləri isə ASAN Radio və ASAN TV-dir.

AzVision.az



Teqlər:





Xəbər lenti