Hacı Əliyev: Paris-2024-ə ciddi hazırlaşmışıq

   Hacı Əliyev:       Paris-2024-ə ciddi hazırlaşmışıq
  15 İyul 2024    Oxunub:913

33 yaşlı idmançı iyulun 26-da Fransanın paytaxtı Parisdə start götürəcək Yay Olimpiya Oyunlarının Azərbaycan idmançıları üçün uğurlu keçəcəyinə inandığını bildirib:
AzVision.az "Report"-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev deyib.

"Paris-2024 Yay Olimpiya Oyunlarına ciddi hazırlaşmışıq. Qarşıda bizi Qubada təlim-məşq toplanışı gözləyir. Həmin toplanışdan birbaşa olimpiadanın keçiriləcəyi Parisə yola düşəcəyik. İnanırıq ki, yarış Azərbaycan idmançıları üçün uğurlu olacaq".

H.Əliyev bu gün Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) təşkilatçılığı ilə olimpiadaya lisenziya qazanan idmançılarla keçirilən görüş barədə fikirlərini bölüşüb:

"Tədbir istirahət vaxtımıza düşdü, bizim üçün də xoş oldu. Bu tədbir sayəsində üzərimizdə olan stressi ata bildik".

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında Azərbaycanı 48 idmançı təmsil edəcək. Oyunların açılışı iyulun 26-da, bağlanışı isə avqustun 11-də olacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti