Bakı metrosunda problem yarandı

Bakı metrosunda problem yarandı
  16 İyul 2024    Oxunub:1106
"Dərnəgül" stansiyasında maşinist monitorunda qapıların bağlanmaması işarə sistemi işə düşüb. Maşinist vaqon qapısını yoxladaqdan sonra idarəetmə sistemini yanlışlıq göstərdiyi üçün əlavə texniki baxış keçirilməsi zərurəti yaranıb.
Bakı metropolitenindən verilən məlumata görə, xətdə hərəkətin təşkilinə maneə yaratmamaq üçün həmin qatar digər, qatarların hərəkət etmədiyi stansiya yoluna keçirilib. Əlavə baxış keçirilib və proqram təminatı yenidən yoxlanılıb. “Ümumən intervaldan əlavə 4 dəqiqə yubanma yaranıb”, - məlumatda qeyd olunur.

Məlumata görə, qatar baxış keçirildikdən sonra hər hansısa problem müəyyən olunmadığı üçün yoluna davam edib.

AzVision.az


Teqlər:





Xəbər lenti