İsrail "Hizbullah"a aviazərbələr endirib - VİDEO

 İsrail "Hizbullah"a aviazərbələr endirib -    VİDEO
  16 İyul 2024    Oxunub:848
İsrail Hərbi Hava Qüvvələri Livanın bir sıra kəndində yerləşən "Hizbullah" terror təşkilatının mövqelərini bombalayıb.
AzVision.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Hücum terrorçuların Hulə, Kəfr Kila, Bəni-Həyyan, Bəlida, Deyr-Mismas və Rəmiş kəndlərindəki obyektlərinə tuşlanıb.

Dağıntı və itki ilə bağlı təfərrüat açıqlanmayıb.
Brik: "Regional müharibənin astanasındayıq"

Xatırladaq ki, ötən il oktyabrın 7-də başlayan İsrail-HƏMAS müharibəsi ilə paralel şəkildə Livanla sərhəddə İsrail və iranyönümlü "Hizbullah" terror təşkilatı arasında da toqquşmalar meydana gəlir. İstər yerli, istərsə də qərb nümayəndələri Yaxın Şərqdə ikinci müharibə cəbhəsinin açılması riski ilə bağlı son vaxtlar narahatlıqlarını dilə gətirirlər.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   Livan   Hizbullah   aviazərbə  





Xəbər lenti