Tramp sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb - VİDEO

   Tramp sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb -    VİDEO
  16 İyul 2024    Oxunub:749
ABŞ prezidentliyinə Respublikaçılar Partiyasının namizədi, ölkənin keçmiş lideri Donald Tramp sui-qəsd cəhdindən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
AzVision.az xəbər verir ki, Tramp Milvaukee şəhərində Respublikaçılar Partiyasının Milli Konqresində iştirak edib.

Tramp qisas hissi ilə hakimiyyətə gəlir - Politoloq
Konqresə qulağında sarğı ilə qatılan Trampı vitse-prezidentliyə namizəd Ceyms Devid Vens müşayiət edib.

Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Trampa şənbə günü Pensilvaniya ştatında mitinqdə tribunadan tərəfdarlarına müraciət edərkən silahla hücum edilib. Sui-qəsdi törədən cinayətkar, 20 yaşlı Tomas Metyu Kruks yerindəcə zərərsizləşdirilib. 2 nəfər yaralanıb.

ABŞ Federal Təhqiqat Bürosu (FTB) hücumu sui-qəsd cəhdi kimi qiymətləndirib.


Həmidə İbrahimova
AzVision.az



Teqlər:   ABŞ   Tramp   sui-qəsd  





Xəbər lenti