Azərbaycan üzgüçüləri Monteneqroda 14 qızıl qazanıblar - FOTOLAR

Azərbaycan üzgüçüləri Monteneqroda 14 qızıl qazanıblar   - FOTOLAR
  16 İyul 2024    Oxunub:1232
Azərbaycan üzgüçüləri böyük uğura imza atıblar.
AzVision.az News.az-a istinadən xəbər verir ki, idmançılarımız 13-14 iyul tarixlərində Monteneqronun Podqoritsa şəhərində keçirilən "Montenegro Open 2024 Jubilee International Swimming Meet" yarışında ölkəmizi uğurla təmsil ediblər. Yarışda 12 ölkədən 50 klub və 410 idmançı iştirak edib.

6 idmançımızın qatıldığı yarışda təmsilçilərimiz ümumilikdə 22 medal qazanıblar: 14 qızıl, 5 gümüş və 3 bürünc medal. Bu uğur idmançılarımızın və onların məşqçiləri Məmmədov Nurəli, Dudas Daniel, Xasyanova Yana və Elvin Hüseynovun səyi və peşəkarlığı sayəsində mümkün olub.

İdmançılarımızın əldə etdiyi medallar aşağıdakı kimidir:

14 medal -1-ci, 5 medal 2-ci, 3 medal 3-cü yer.

Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil edən bütün idmançılarımızı və onların məşqçilərini təbrik edir, gələcək yarışlarda da uğurlar arzulayırıq.
AzVision.az

Qalereya




Teqlər: Üzgüçülük  





Xəbər lenti