17 yaşlı gənc doğuşa girdi: Körpəsi öldü

   17 yaşlı gənc doğuşa girdi:    Körpəsi öldü
  16 İyul 2024    Oxunub:843
İyulun 15-də Masallı rayonu, Təklə kənd sakini, 2007-ci il təvəllüdlü Səfurə Elvin qızı Qubadova 40 həftəlik dölün (USM-ə görə 36 həftəyə uyğun) bətndaxili ləngiməsi, dölyanı mayenin azlığı diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasının Doğuş və ginekologiya şöbəsinə daxil olub.
Bu barədə AzVision.az -a TƏBİB-dən məlumat verilib. Qeyd edilib ki, müayinə olduqdan sonra daha ixtisaslı tibbi yardım üçün təcili tibbi yardım ilə saat 15:45-də Lənkəran Regional Perinetal Mərkəzə göndərilib:

"Pasiyent qeyd olunan xəstəxanada yatmaqdan imtina edib, iyulun 16-da saat 04:00-da 40 həftəlik (USM-ə görə 36) baş gəlişi, doğuşun 1-ci dövrü, ölü döl diaqnozu ilə yenidən Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Saat 05:30-da cinsi qız, çəkisi 2.8 kq, boyu 49 sm çəkidə ölü uşaq doğulub".

AzVision.az



Teqlər:





Xəbər lenti