Vens: "Qəzzada müharibənin uzanmasında Bayden təqsirkardır"

      Vens:    "Qəzzada müharibənin uzanmasında Bayden təqsirkardır"
  16 İyul 2024    Oxunub:863
ABŞ senatoru, vitse-prezidentliyə namizəd Ceyms Devid Vens İsraili Qəzza zolağında müharibəni "bacardıqca tez bitirməyə" çağırıb.
AzVision.az xəbər verir ki, o bu barədə "Fox News" telekanalına açıqlamasında bildirib.

"ABŞ Prezidenti Co Bayden İsrail-HƏMAS müharibəsinin həddən artıq uzun çəkməsinin səbəbkarıdır. Çünki onun hökuməti bir tərəfdən İsrailin müharibədə qələbə çalmasını istəyir, digər tərəfdən isə İsrail, Səudiyyə Ərəbistanı, İordaniya və digər ölkələr arasında sülh danışıqları aparır", - özünü "sionist" adlandıran senator deyib.

O hətta ötən il Baydenə məktub yazaraq, fələstinlilər üçün xüsusi immiqrasiya şərtləri irəli sürülməməsinə çağıraraq, onları "potensial radikallar" adlandırmışdı.

(Senator C.D.Vens və Donald Tramp)

Yeri gəlmişkən, C.D.Vens Miluoki şəhərində keçirilən Respublikaçıların Milli Konqresində partiyanın vitse-prezidentliyə namizədi kimi təsdiqlənib.

Firudin Həmidli
AzVision.az


Teqlər: ABŞ   İsrail   senator   namizəd  





Xəbər lenti