Nikol “Ana Rusiya”nın qucağına “yolunu azmış oğul” kimi qayıtmaq istəyir - "Hraparak"

      Nikol “Ana Rusiya”nın qucağına “yolunu azmış oğul” kimi qayıtmaq istəyir    - "Hraparak"
  16 İyul 2024    Oxunub:1828
Sentyabr ayından Ermənistanla bağlı ciddi siyasi proseslər cərəyan edəcək.
AzVision.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti məlumat yayıb.

Paşinyanın "qırmızı xətləri"
Müəllif yazıb ki, əgər keşiş Baqrat Srbazanın “Vətən uğrunda Tavuş” hərəkatı yaranmasaydı, Ermənistanın daxili siyasi həyatı məzarlığa bənzəyərdi.

"Mənbələrimizin verdiyi məlumata görə, Nikol Paşinyanın fəallaşmasına əsas səbəb kimi Tavuşun keşişi göstərilsə də, bəziləri hökumətin artıq indidən seçki kampaniyasına başladığını iddia edir. Paşinyan həmçinin partiya üzvlərini əmin edib ki, parlamentə növbədənkənar seçkilər keçirilməyəcək. 2026-cı il seçkiləri ilə bağlı təşviqat kampaniyasına başlamaq isə hələlik tezdir.

Yeri gəlmişkən, Paşinyan bu yaxınlarda öz komandası ilə dar çərçivədə keçirdiyi toplantıda payızda xarici siyasət cəbhəsində gözlənilməz proseslərin olacağını bəyan edib. Onun Avropa İttifaqının Ermənistanı qəbul etmədiyini və İrəvanı düzgün maliyyələşdirmədiyini, bu istiqamətdə ciddi addımların, yetərincə təminatın olmadığını deməsi barədə məlumatlar da var. Məhz bu səbəbdən də Paşinyan “Ana Rusiya”nın qucağına “sərxoş oğul” kimi qayıtmaq niyyətindədir”.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Paşinyan   Rusiya  





Xəbər lenti