102 yaşında xarici pasport aldı

102 yaşında xarici pasport aldı
  16 İyul 2024    Oxunub:2625
Ukraynada maraqlı hadisə baş verib. İvano-Frankovsk vilayətində 102 yaşlı qadın yerli miqrasiya xidmətinə müraciət edənlər arasında ən yaşlı insan kimi xarici pasport alıb.
AzVision.az xəbər verir ki, bu barədə İvano-Frankovsk vilayətinin Miqrasiya Xidməti məlumat yayıb.

Qeyd olunur ki, yeni pasport Kaluş ərazi icmasının Qolin kənd sakinin adına rəsmiləşdirilib.

“Anna İgnatievnanın 102-dən çox yaşı var. Yaşının çox olmasına baxmayaraq nənə hələ aktivdir, həyata bağlı olduğunu nümayiş etdirir. Nənənin qohumlarının ona xarici pasport almasını hansı səbəbdən istəməsi barədə fərziyyə yürütməyi düşünmürük", - məlumatda qeyd edilib.

Xatırladaq ki, Ukraynanın Rivne bölgəsində də oxşar hadisə baş vermişdi. Həmin vaxt 96 yaşlı qadın ilk dəfə xarici pasport almışdı.
Tural Tağıyev
AzVision.az



Teqlər:





Xəbər lenti