Siyəzəndə qatar relsdən çıxıb, yük dağılıb

  Siyəzəndə qatar relsdən çıxıb,    yük dağılıb
  16 İyul 2024    Oxunub:652
Bu gün saat 11.00 radələrində Rusiya özəl şirkətlərinə məxsus 3 vaqon Siyəzən rayonunun Zarat stansiyasında hərəkətdə olarkən relsdən çıxıb.
"Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib ki, vaqonların yükü taxta materiallarından ibarət olub: "Hadisə nəticəsində xəsarət alan olmayıb. Hazırda vaqonların rels üzrərinə qaldırılması prosesinə başlanılıb. Hadisənin baş vermə səbəbi araşdırılır".

AzVision.az


Teqlər:





Xəbər lenti