Nəsimidə qazın verilişində fasilələr yaranacaq

Nəsimidə qazın verilişində fasilələr yaranacaq
  16 İyul 2024    Oxunub:657
Günün ikinci yarısı Bakının Nəsimi rayonunun bəzi küçələrinin qaz təchizatında müvəqqəti dayanmalar olacaq.
AzVision.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən verilən məlumata istinadən xəbər verir ki , Nəsimi rayonu,Cəlil Məmmədquluzadə və Akademik Həsən Əliyev küçələrinin kəsişməsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə iyulun 16-da saat 23:55-dən etibarən qaz təchizatı müvəqqəti olaraq dayandırılacaqdır.

Qaz təchizatı dayandırılan müddətdə Nəsimi rayonunun C.Məmmədquluzadə, Akademik H.Əliyev, Salamzadə, Y.V.Çəmənzəminli, C.Səlimov və Novruzov qardaşları küçələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Elnur Məmmədov

AzVision.az



Teqlər:





Xəbər lenti