"Qarabağ" yoxlama oyununda qalib gəldi

"Qarabağ" yoxlama oyununda qalib gəldi
  16 İyul 2024    Oxunub:621
Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu növbəti yoldaşlıq matçını keçirib.
AzVision.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Xorvatiya təmsilçisi "Slaven"lə qarşılaşıb.

Görüş Ağdam klubunun qələbəsi ilə yekunlaşıb - 1:0.

Qeyd edək ki, "köhlən atlar" bu gün növbəti yoxlama görüşündə "Əl-Şabab” (BƏƏ) klubu ilə üz-üzə gələcək. Qarşılaşma saat 19:00-da başlayacaq.

Elnur Məmmədov

AzVision.az




Teqlər:





Xəbər lenti