Azərbaycan-Belarus əlaqələri müzakirə edilib

  Azərbaycan-Belarus əlaqələri müzakirə edilib
  16 İyul 2024    Oxunub:1773
Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Vüqar Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Belarus Respublikası Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantusun dəvəti əsasında Minsk şəhərinə işgüzar səfərə gedib.
AzVision.az Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, səfər çərçivəsində nazir Vüqar Mustafayev Belarus Respublikası Dövlət Hərbi Sənaye Komitəsinin sədri Dmitri Pantus ilə görüşüb və iki dost ölkə arasında hərbi-texniki sahədə mövcud əməkdaşlıq, o cümlədən gələcək əlaqələrin inkişaf perspektivləri müzakirə edilib, hər iki tərəfi maraqlandıran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində MSN-in nümayəndə heyətinin bir sıra müəssisələrin istehsalat prosesi ilə tanış olması da planlaşdırılır.

Elnur Məmmədov
AzVision.az





Teqlər:





Xəbər lenti