Şəhid ailələri üçün yeni güzəştlər özündə nəyi ehtiva edir?

   Şəhid ailələri üçün yeni güzəştlər özündə nəyi ehtiva edir?
  17 İyul 2024    Oxunub:551
"Azərbaycan Prezidenti "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Qanuna dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklər ilə şəhid ailələri üçün daha bir güzəşt qüvvəyə minib. Belə ki, son dəyişikliklərə əsasən, şəhidin mənzil hüququna malik ailə üzvü dünyasını dəyişərsə şəhid ailəsi statusu olmayan ailə üzvləri də mənzil növbəsinə yazıla biləcək".
Bu fikirləri VI çağırış Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov sosial media hesabında bildirib: "Əvvəlki qaydalara görə, şəhidin həyat yoldaşı dünyasını dəyişdiyi halda şəhidin övladları status yaşından keçirdisə, mənzil növbəsinə iddialı ola bilmirdilər. Yeni dəyişikliklər imkan verəcək şəhidin statusu olmayan ailə üzvləri də mənzil ilə təminat hüququndan istifadə etsinlər.

Son dəyişiklik şəhid ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi və mənzil təminatlarının yaxşılaşdırılması baxımdan vacib sənəddir. Bu baxımdan da, sosial təminat aspektindən əhəmiyyətli addımdır", - deyə deputat qeyd edib.

Deputat qeyd edib ki, Azərbaycanda 15 mindən çox şəhid ailəsi üzvü və Qarabağ qazisi indiyədək mənzillə təmin olunub: "Gözlənilir ki, bu kateqoriyadan olan bütün vətəndaşlarımız 2025-ci ilin sonunadək mənzillə təmin olunacaq".

AzVision.az


Teqlər:





Xəbər lenti