YAP İdarə Heyəti toplandı: Bəzi namizdələrin adı bilindi

   YAP İdarə Heyəti toplandı:    Bəzi namizdələrin adı bilindi
  17 İyul 2024    Oxunub:536
Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin iclası keçirilib.
İclasda 2024-cü ilin sentyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə YAP-ın namizədləri müəyyənləşib. Məlum olub ki, partiyanın İdarə Heyətinin qərarı ilə VI çağırış Milli Məclisin deputatları Eldar İbrahimov, Vasif Talıbov, İsa Həbibbəyli, Milli Məclisin deputatı, sabiq sədr Oqtay Əsədov, Elnur Allahverdiyev, Cavid Osmanov, Əliabbas Salahzadə, İqbal Məmmədov, Elşad Mirbəşirli, Mahir Abbaszadə və Səttar Möhbalıyevin namizədliyi irəli sürülməyib.

Eyni zamanda Veteran YAP-çıların adı yenidən siyahıya daxil edilib. YAP-ın deputatlığa namizədlərinin siyahısında Baş nazirin müavini Əli Əhmədov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Mübariz Qurbanlı, Komitənin keçmiş sədr müavini Səyyad Aran və Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanovun adı var.

AzVision.az


Teqlər:





Xəbər lenti