Bayrağımız Parisdə dalğalanacaq- ilk dəfə

Bayrağımız Parisdə dalğalanacaq- ilk dəfə
  09 İyul 2014    Oxunub:773
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup zabiti Fransanın milli bayramı – Bastiliyanın alınması günü və Birinci Dünya müharibəsinin 100-illik yubileyi münasibətilə Parisdə keçiriləcək hərbi paradda iştirak etmək üçün bu ölkədə səfərdədir.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, Fransa Silhlı Qüvvələrinin nümayəndələri ilə birgə məşqlərə başlayan zabitlərimiz Azərbaycan Respublikasının bayrağını ilk dəfə olaraq iyulun 14-də Parisdə keçiriləcək hərbi paradda dalğalandıracaqlar.

“Azərbaycan ilə Fransa arasında movcud olan dostluq əlaqələri son zamanlar müdafiə sahəsində də əməkdaşlığın uğurlu inkişafına şərait yaradıb. Azərbaycan Respublikası Müdafiə Nazirinin bu ilin yanvarında Fransaya rəsmi səfəri zamanı əldə edilən razılıq ikitərəfli hərbi əlaqələrin inkişafı üçün geniş imkanlar açıb. Fransanın milli bayramı münasibətilə keçiriləcək paradda ilk dəfə Azərbaycan Silahlı Qüvvələrinin zabitlərinin iştirakı ölkələrimiz arasındakı sıx dostluq münasibətlərinin və əməkdaşlığın bariz nümunəsidir” – deyə, dövlət agentliyinin yaydığı məlumatda bildirilib.


Teqlər:





Xəbər lenti