Altı ayda 25 korrupsioner cinayət başında yaxalandı

   Altı ayda 25 korrupsioner cinayət başında yaxalandı
  17 İyul 2024    Oxunub:430
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyat qurumları 2024-cü ilin altı ayı ərzində korrupsiya cinayəti törədən 25 şəxs cinayət başında yaxalayıb.
AzVision.az -ın məlumatına görə, bu barədə iyulun 16-da Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2024-cü ilin birinci yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı əməliyyat müşavirəsində deyilib.

Qeyd olunub ki, göstərilən müddət ərzində Baş İdarənin əməliyyat qurumları tərəfindən 93 cinayət işi başlanıb: “Keçirilmiş 28 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 25 şəxs cinayət başında yaxalanıb, habelə axtarışda olan 4 nəfər saxlanılıb”

AzVision.az



Teqlər:





Xəbər lenti