Korrupsiya ilə bağlı 111 cinayət işinin ibtidai istintaqı tamamlanıb

Korrupsiya ilə bağlı 111 cinayət işinin ibtidai istintaqı tamamlanıb
  17 İyul 2024    Oxunub:858
Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2024-cü ilin altı ayı ərzində 150 şəxs barəsində 111 cinayət işinin ibtidai istintaqı tamamlanıb.
AzVision.az -ın məlumatına görə, bu barədə iyulun 16-da Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Nazim Rəcəbovun sədrliyi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2024-cü ilin birinci yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı əməliyyat müşavirəsində deyilib.

Qeyd edilib ki, bu çərçivədə 122 şəxs barəsində 93 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib:

“Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılıb, qalanları isə hazırda məhkəmə baxışındadır”.

AzVision.az



Teqlər:





Xəbər lenti