Braziliya darmadağın oldu- Almaniya finalda

AzVision.az xəbər verir ki, futbolsevərlərin erkən final adlandırdığı Braziliya-Almaniya görüşü başlayıb. Görüşün birinci hissəsi Almaniyanın böyük hesablı qələbəsi ilə başa çatıb.(5:0)
Qolları Almaniya millisinin heyətində Müller (11), Kloze (23) (0:2), Kros (24 və 26 dəqiqə), Xedira ( 29) vurublar.
Almaniyanın ilk hissəni 5:0 hesabı ilə geridə qoyması Braziliyanı şoka salıb.
***
Matçın ikinci hissəsi də almanların üstünlüyü ilə keçib. Avropa təmsilçisi meydan sahiblərinin qapısından 7 top keçirərək mundialın final mərhələsinə yüksəlib. Braziliya yığması yalnız bir qol vura bilib. Qarşılaşma 7:1 hesabı ilə Almaniyanın möhtəşəm qələbəsi ilə başa çatıb. Bununla da Almaniya finala vəsiqə qazanıb.
AzVision.az