Mehriban Əliyeva Parisdə - FOTOLAR

Mehriban Əliyeva Parisdə - FOTOLAR
  19 Aprel 2013    Oxunub:5645
Heydər Əliyev Fondunun Prezindenti Mehriban Əliyeva Parisdə Azərbaycanla bağlı sərgiyə qatılıb
Yarat!" Müasir İncəsənət Məkanı Azərbaycan incəsənəti ilə bağlı həyata keçirilən layihələrin davamı olaraq daimi tərəfdaşı Heydər Əliyev Fondu ilə birlikdə aprelin 18-də Parisin mərkəzində yerləşən Azərbaycan Mədəniyyəti Mərkəzində müasir Azərbaycan incəsənətinə həsr olunan "Home, sweet home" ("Doğma ev") mövzusunda sərgi təşkil edilib.

AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, sərginin bəşəriyyətə mədəniyyət və inscənət sahəsində böyük dühalar bəxş edən, dünya mədəniyyətinin beşiyi sayılan Fransada nümayiş etdirilməsi bu ölkə sakinlərini Azərbaycanın zəngin rəssamlıq nümunələri və milli dəyərləri ilə yaxından tanış etmək və onlarda ölkəmiz barədə geniş təsəvvür yaratmaq məqsədi daşıyır.

Sərgidə 25 rəssamın 90 əsəri nümayiş etdirilir. Tamaşaçılar Leyla Əliyeva, Aida Mahmudova, Müseyib Əmirov, Vüqar Muradov, Sitarə İbrahimova, Altay Sadıqzadə, Fəxriyyə Məmmədova, Fidan Seyidova, Fərid Rəsulovun və digərlərinin müasir və miniatür əsərləri ilə tanış olmuşlar. Sərgidə Leyla Əliyevanın "Beyin", Aida Mahmudovanın "Yenidən emal" ("Recycle"), Altay Sadıqzadənin "Pilləkənin başında", Fərid Rəsulovun "Anonim" əsərləri xüsusi maraqla qarşılanıb.

Sərgini açan Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov bu sərginin müxtəlif mədəniyyətlərin və sivilizasiyaların arasında yerləşən Azərbaycan mədəniyyəti və zəngin dəyərlərini fransızlara yaxından tanıtmaq məqsədilə təşkil edildiyini, sərginin mədəniyyət mərkəzində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın iştirakı ilə ilk dəfə nümayiş etdirildiyinə diqqət çəkmişdir. Səfir qeyd etmişdir ki, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə, o cümlədən Fransada tanıdılması istiqamətində Mehriban xanım Əliyevanın müstəsna rolu vardır.

Mədəniyyət sahəsində müxtəlif layihələri həyata keçirən Heydər Əliyev Fondunun təşkilatçılığı ilə həyata keçirilən "Qafqazın incisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində Azərbaycan günlərinin artıq ölkənin ayrı-ayrı regionlarının on şəhərində keçiridiyini xatırladan səfir Heydər Əliyev Fondunun tərəfdaşlığı sayəsində mərkəzdə gənc rəssam Aida Mahmudovanın təsis etdiyi "Yarat" Müasir İncəsənət Makanı tərəfindən təşkil olunan bu sərgidə müxtəlif rəssamların çoxlu sayda əsərinin nümayiş etdirildiyini və mdənəniyyətlərarası dialoqa xidmət etdiyini bildirmiş, qurumun əsas məqsədinin azərbaycanlı və xarici rəssamlar arasında sıx əlaqələr yaradılmasına ximət etdiyini vurğulamışdır.

"Yarat" Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudova rəhbərlik etdiyi qurumun Heydər Əliyev Fondunun tərəfdaşlığı ilə təşkil olunan "Doğma ev" adlı sərginin fəaliyyəti baradə söz açmış, sərginin Azərbaycanın gənc rəssamlarının əsərlərini dünyaya çatdırmaq məqsədi daşıdığını, təşkilat tərəfindən artıq bir neçə belə sərginin artıq Rusiya, İtaliya, Birləşmiş Ərəb Əmirliklərində təşkil edildiyini diqqətə çatdırmışdır.
Parisdə ilk dəfə azərbaycanlı rəssamların əsərlərindən ibarət sərginin nümayiş etdirildiyini vurğulayan A.Mahmudova "Yarat" Müasir İncəsənət Məkanının digər təşkilatlarla əməkdaşlıq etdiyini, belə tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirmişdir.

A.Mahmudova demişdir: Rəssamlar doğma evlə bağlı hisslərini "Doğma ev" sərgisində tamaşa edəcəyiniz əsərlərə köçürmüşlər. Tədbirin təşkilində Heydər Əliyev Fondunun əməli köməkliyini xüsusi vurğulayan A.Mahmudova fonda öz təşəkkürünü bildirmişdir.
Sonda Aida Mahmudova bu sərginin Azərbaycan ilə Fransa arasında mövcud əlaqələrin inkişafına yeni töhfə verəcəyinə əminliyini vurğulamışdır.

Sərginin açılışında iştirak edən Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sərgi ilə yaxından tanış olmuşdur.

Sərgidə Fransanın dövlət və hökumət rəsmiləri, senatorlar və deputatlar, ictimaiyyət nümayəndələri, Parisdə akkreditə olunmuş diplomatik korpusun əməkdaşları, diasporumuzun təmsilçiləri, yerli və xarici kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Qalereya




Teqlər:  





Xəbər lenti