İngiltərədə siqaret qadağası: 2009-cu ildən sonra doğulanlar çəkə bilməyəcək

   İngiltərədə siqaret qadağası:    2009-cu ildən sonra doğulanlar çəkə bilməyəcək
  18 İyul 2024    Oxunub:307
İngiltərə hökuməti yeni siqaret qadağası tətbiq edəcək.
AzVision.az xəbər verir ki, 2009-cu il yanvarın 1-də və ondan sonra doğulanlar qanuni olaraq tütün ala bilməyəcək.

Siqaret çəkməyin qadağan edilməsi planını ilk dəfə keçmiş baş nazir Rişi Sunak irəli sürsə də, yeni nazir Key Starmer bunu qanuniləşdirməyə söz verib.

İngiltərə kralı III Çarlz da dünənki çıxışında siqaret qadağasına toxunaraq planı dəstəkləyib. Məlumata görə, elektron siqaretlərin satışı və marketinqinə də məhdudiyyətlər qoyulacaq.

Qanun layihəsi bu ilin aprel ayında İcmalar Palatasında 383 deputatın təsdiqi ilə qəbul edilib, 67 deputat isə qanun layihəsinə qarşı çıxıb.

Böyük Britaniya 2027-ci ilə qədər qaydaları tətbiq etsə, hazırda yaşı 14 və ondan aşağı olan heç kim siqaret ala bilməyəcək. Keçən il Mühafizəkarlar Partiyasının konfransında çıxış edən Sunak qadağanın mövcud siqaret çəkənlərin siqaret çəkmək hüququnu əlindən almayacağını deyib.

Həmidə İbrahimova
AzVision.az



Teqlər: İngiltərə   qadağa   siqaret  





Xəbər lenti