İsrailə 7 oktyabr hücumunun daha iki təşkilatçısı öldürülüb

   İsrailə 7 oktyabr hücumunun daha iki təşkilatçısı öldürülüb
  18 İyul 2024    Oxunub:1179
İsrail Hərbi Hava Qüvvələri və "Şin-Bet"in (ölkənin daxili təhlükəsizlik təşkilatı) Qəzza şəhərində birgə əməliyyatı nəticəsində "Fələstin İslam Cihadı" terror qruplaşmasının iki komandiri öldürülüb.
AzVision.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Öldürülən terrorçular qruplaşmanın dəniz qüvvələrinin komandiri Ənəs Murad və raket mütəxəssisi Əhməd Əl-Məsridir. Onlar ötən il oktyabrın 7-də İsrailə qarşı hücumun təşkilatçılarından sayılırlar.
Daha bir HƏMAS komandiri öldürülüb - FOTO/VİDEO

Xatırladaq ki, sözügedən hücumun daha bir təşkilatçısı, HƏMAS-ın "İzzəddin Əl-Qəssam" adlı hərbi qanadının rəhbəri Məhəmməd Zeyf də iyulun 13-də İsrail Hərbi Hava Qüvvələrinin Xan-Yunis şəhərinə aviazərbələri zamanı ağır xəsarət almışdı. Hazırda onun yaşayıb-yaşamadığı naməlumdur.

Firudin Həmidli
AzVision.az


Teqlər:   İsrail   terrorçu   zərbə  





Xəbər lenti