İlham Əliyev Böyük Britaniyada səfərdədir

   İlham Əliyev Böyük Britaniyada səfərdədir
  18 İyul 2024    Oxunub:298
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün İngiltərədə işgüzar səfərdədir.
AzVision.az xəbər verir ki, Azərbaycan Prezidenti Oksforddakı Blenheim sarayına gəldi.

Dövlətimizin başçısını Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmer qarşıladı.

AzVision.az


Teqlər:





Xəbər lenti