ABŞ Çinlə əlaqələrə yenidən baxacaq

ABŞ Çinlə əlaqələrə yenidən baxacaq
  09 İyul 2014    Oxunub:945
ABŞ prezidenti Barak Obama bəyan edib ki, Birləşmiş Ştatlar Çinlə bütün fikir ayrılıqlarını nizamlayacaq “yeni model” əlaqələr qurmağa hazırdır.
Bu barədə AzVision.az “Reuters”-ə istinadən xəbər verir.

“Birləşmiş Ştatlar sabit, din və çiçəklənən Çini dəstəkləyir” –deyə , Obama bildirib. Onun sözlərinə görə, tərəflər arasında münasibətlər əməkdaşlıq əsasında formalaşdırılmalıdır.

ABŞ prezidenti aprel ayında Asiya ölkələrinə səfər edib. O, Çinə səfər etməsə də, məhz bu ölkə Vaşinqtonun regiondakı tərəfdaşları ilə müzakirələr zamanı əsas məsələlərdən biri olub. Bu görüşlərdə Obama öz tərəfdaşlarını “Çin təhlükəsi”ndən qoruyacağını bəyan etmişdi.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti