Təqaüdçülərin kartlarını taladı

Təqaüdçülərin kartlarını taladı
  19 İyul 2024    Oxunub:1189
Lənkəran rayon sakini olan ahıl yaşlı bir nəfər təqaüd kartındakı pulun tanımadığı şəxs tərəfindən oğurlandığı barədə polisə məlumat verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə həmin vəsaitin zərərçəkmişin kartdakı pulu bankomatdan çıxarmaq üçün kömək istədiyi Kənan Əlizadə tərəfindən oğurlandığı məlum olub.

Araşdırmalarla K.Əlizadənin kömək üçün ona müraciət edən digər 3 təqaüdçünün kartından da oğurluq etdiyi müəyyən edilib. O, bankomatların yaxınlığında dayanaraq kömək istəyən təqaüdçülərin kartlarını alaraq əvəzində onlara müddəti bitmiş başqa bank kartları qaytarıb.

K.Əlizadənin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə polis orqanlarına məlumat verə bilərlər.

AzVision.az


Teqlər:





Xəbər lenti