İtkin sayılan şəhid Rəhim Rəsulovun qalıqları dəfn edilib
Cənazə namazı qılınıb, dualar oxunub. Dəfn zamanı hərbi orkestrin müşayətilə Dövlət Himni ifa olunub və yaylım atəşi açılıb.
Şəhidin tabutuna bürünmüş Azərbaycan Bayrağı qardaşı Soltan Rəsulova təqdim edilib.
Qeyd edək ki, şəhid Rəsulov Rəhim Əlyar oğlu 1967-ci il dekabrın 19-da Sumqayıtda anadan olub. O, hərbçi olaraq Qarabağda gedən döyüşlərdə iştirak edib. 28 dekabr 1991-ci ildə Xankəndi rayonunun Kərkicahan kəndi ərazisində düşmənlə gedən şiddətli döyüş zamanı hərbi xidmət borcunu yerinə yetirərkən şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb.
Rəhim Rəsulov Yevlax rayonunun Yedili kəndinin Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilən şəhidlərimizindən biri olub.
AzVision.az
Teqlər: